Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

Hazırda oxunan: Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

190609

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı müvafiq tapşırığı Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı verib.

MHP sədrinin müavini İsmail Özdəmir bildirib ki, qərar Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair və maarifçi, Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın anadan olmasının 132-ci ildönümü ilə əlaqədar qəbul edilib.

Özdəmirin sözlərinə görə, yeni İnstitutun yaradılması şairin, həmçinin məşhur “Çırpınırdı Qara dəniz” mahnısının sözlərinin müəllifi olan Əhməd Cavadın yaradıcılığının hərtərəfli təhlili məqsədi daşıyır.

“Əhməd Cavad adına İnstitutun fəaliyyəti türk xalqlarının yaxınlaşması və həmrəyliyi işinə növbəti töhfə olacaq. MHP-nin mərkəzi aparatının binasında fəaliyyət göstərəcək yeni struktura Partiya sədrinin baş müşaviri, professor Ruhi Ersoy rəhbərlik edəcək”, - deyə MHP sədrinin müavini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO