FAKTİKİ HAVA: Gədəbəyə dolu düşüb

FAKTİKİ HAVA: Gədəbəyə dolu düşüb

Hazırda oxunan: FAKTİKİ HAVA: Gədəbəyə dolu düşüb

190561

Azərbaycanda faktiki hava açıqlanıb.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 5-i saat 16:45-ə olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Balakən, Şəmkir, Tərtər, Şəki, Sarıbaşda yağış yağır.

Gədəbəyə saat 16:31-16:33 radələrində diametri 10 mm olan dolu düşüb.

Şamaxı, Balakən, Göygöl, Daşkəsən, Qaxda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19-21, Naxçıvan MR-da 20-25, Aran rayonlarında 22-27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO