Bu hallarda da ipotekaya xitam VERİLƏCƏK 

Bu hallarda da ipotekaya xitam VERİLƏCƏK 

Hazırda oxunan: Bu hallarda da ipotekaya xitam VERİLƏCƏK 
189915
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İpotekaya xitam verilən hallar genişlənib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" qanuna dəyişiklikdə əksini tapıb. 

Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. 

Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir: 

- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 

- əsas öhdəliyə xitam verildikdə; 

- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 

- ipoteka predmeti məhv olduqda; 

- bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 

Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO