Sabah paytaxtda və bir rayonda QAZ OLMAYACAQ 

Sabah paytaxtda və bir rayonda QAZ OLMAYACAQ 

Hazırda oxunan: Sabah paytaxtda və bir rayonda QAZ OLMAYACAQ 

189795

"Binəqədi rayonunun Biləcəri qəsəbəsi, 5035 məhəllədə qaz xəttinin yerinin dəyişdirilməsi, DSK yolu adlanan ərazidə yeraltı qaz xəttində aşkar olunmuş sızmanın “Təmiz Qaz” QSC tərəfindən ləğv edilməsi və Sulutəpə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, qaz təchizatı şəbəkəsində deformasiyaya uğramış müxtəlif diametrli xətlərin təmiri, həmçinin "Zaqatala" QPS-də qaz tənzimləyicidən əvvəl qaz xətti üzərində təmizləyici filtirin quraşdırılması ilə əlaqədar mayın 1-də saat 10:00-dan “Biləcəri (Sulutəpə)", “(Sulutəpə)Çiçək”, “BMSK” və “Biləcəri Mədən” ölçü qovşaqlarından və "Zaqatala" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır".

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun (DSK yolu və Çiçək yaşayış massivi, Sulutəpə, Xocahəsən, Biləcəri, Binəqədi qəsəbələri) və Zaqatala rayonunun (Zaqatala şəhəri və Aşağı Tala, Yuxarı Tala, Muxax, Zəyəm, Car, Zilban, Kebeloba, Çökək və Göyəm kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO