Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb - FOTO/VİDEO

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb - FOTO/VİDEO

Hazırda oxunan: Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb - FOTO/VİDEO
189267
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, hadisəni törədən əvvəllər məhkum olunmuş 1998-ci il təvəllüdlü Vüsal Mirzəyev Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanın törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

O, dindirmə zamanı oğurladığı mobil telefonu satdığını bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı rayon ərazisində yerləşən binalardan birinin dəhlizindən velosiped oğurlayan 1975-ci il təvəllüdlü Pərviz Hacıyev saxlanılıb.

V.Mirzəyev və P.Hacıyevin analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO