Qubad İbadoğlu ev dustaqlığına BURAXILDI 

Hazırda oxunan: Qubad İbadoğlu ev dustaqlığına BURAXILDI 

188407

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. 

Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib.  

Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib. Yaxın günlərdə məhkəmənin başlanacağı gözlənilir.  
Qeyd edək ki, professor Qubad İbadoğlu 9 ay əvvəl həbs edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO