Buduq kəndinin qəhrəman şəhidi - 30 illik yubileyi belə QEYD olundu – FOTO 

Hazırda oxunan: Buduq kəndinin qəhrəman şəhidi - 30 illik yubileyi belə QEYD olundu – FOTO 

188066

Qubanın ucqar dağ kəndi Buduqda Birinci Qarabağ şəhidi Qalib Səmid oğlu Əliyevin xatirəsi anılıb. Onun şəhid olmasının 30 illiyi qeyd edilib. Birinci Qarabağ Müharibəsində 1994-cü il aprel ayının 21-də Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Qalib Əliyevin həmkəndliləri, yaxınları onun adını daşıyan Buduq kənd məktəbindəki xatirə abidəsinin yanına toplaşaraq ruhunu ehtiramla anıblar. 

Çıxışlarda qeyd olunub ki, Qalib Əliyev 1991-1993-cü ildə Rusiyada hərbi xidmət keçəndən sonra Vətənin könüllü müdafiəsinə  yollanıb. Murovdağ,Goranboy istiqamətində gedən döyüşlərdə iştirak edib.

Buduq sakinləri bütün şəhidlər kimi, Qalib Əliyevin də ruhunun şad olduğunu vurğulayıblar. Qeyd olunub ki, Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörənliyi və Müzəffər Ordumuzun gücü sayəsində yağı düşmən tapdağında olan  hər  yaşayış məntəqəsi geri qayıtdıqca şəhidlərimizin ruhu sevinir. 

Quba Şəhidlər Xiyabanında uyuyan Qalib Əliyevin məzarı və doğulduğu Buduq kəndindəki xatirə abidəsi önünə tər güllər düzülüb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO