
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 15.04.2024
1 dəq oxunma
COP29-un loqosu təqdim edildi - FOTO/VİDEO
Hazırda oxunan: COP29-un loqosu təqdim edildi - FOTO/VİDEO
187241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
COP29-un loqosu ictimaiyyətə təqdim olunub.
Bizim.Media xəbər verir ki, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova loqo bərədə danışıb.
O qeyd edib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.
Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır.
Bunların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özlüyündə beş fərqli elementi ehtiva edir - flora və fauna, hava və külək, su, enerji və kainat. Loqo iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticə yönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






































































































