Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib

Hazırda oxunan: Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib
186661
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Quru Qoşunlarının 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

Bizim.Media-ya bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən 6 komanda üzrə 18 hərbi qulluqçu fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3000 metr məsafəyə kros üzrə güclərini sınayıblar.
Yekun nəticələrə əsasən, 1-ci yerdə "Şəmkir" komandası, 2-ci yerdə "Hadrut" komandası, 3-cü yerdə isə "Bakı" komandası qərarlaşıb.

Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, qaliblər Azərbaycan Ordusu üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.


Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - foto 1
Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - foto 2


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO