SON DƏQİQƏ: Beyləqanda ağır AVTOBUS QƏZASI – 17 yaralı var

Hazırda oxunan: SON DƏQİQƏ: Beyləqanda ağır AVTOBUS QƏZASI – 17 yaralı var

186192

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan "ISUZU" markalı avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb. 

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Yaralılar barədə tam ətraflı məlumat yoxdur. 

Qeyd edək ki, sərnişinlərin Qarabağda aparılan tikinti işlərində çalışan fəhlələr olduğu deyilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO