BİZİM TƏQVİM: 5 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 5 apreldə baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 5 apreldə baş vermiş tarixi hadisələr

185682

5 aprel tarixində ölkəmizdə və dünyada bir çox tarixi, eləcə də yaddaqalan hadisələr baş verib.

Bizim.Media bu gün baş verən mühüm hadisələri təqdim edir:

1. 5 aprel 1897-ci ildə Osmanlı dövləti ilə Yunanıstan arasında “Otuz gün savaşı” adlandırılan müharibə başlayıb.

2. 1930-cu ilin 5 apreldə Hindistanda 300 mil məsafəlik “Duz yürüşü”nü başa çatdıran Mahatma Qandi Dandil sahilinə yetişdi. Qeyd edək ki, Hindistanda Britaniyaya verilən duz vergisinə etiraz olaraq M.Qandinin rəhbərliyilə 1930-cu ildən başlayan “Duz yürüşü” ilə xalq və ölkənin bütövlükdə İngiltərəyə qarşı hərəkatı yarandı.

3. 1951-ci ilin 5 aprelində ABŞ kommunistləri Etel və Yuli Rozenberq  cütlüyü Sovet İttifaqına casusluqda ittiham edilərək həbs olunub. Heç bir dəlilə əsaslanmayan bu qərar dünyanın diqqətini çəkdi. Bütün reaksiyalara baxmayaraq ABŞ Dövlət Departamentinin tapşırığı ilə edam qərarı icra olunub.

4. 5 aprel 1992-ci ildə Bosniya və Herseqovina hökuməti dövlət müstəqilliyini elan edib.

5. 1993-cü ilin bu günündə Azərbaycanla Malayziya arasında diplomatik əlaqələr qurulub.

6. 1998-ci ilin 5 aprelində Yaponyada Kobe şəhəri ilə Avaci adasını bir-birinə bağlayan dünyanın ən uzun asma körpüsü - Akaşi Kaikyo istifadəyə verildi. Qeyd edək ki, 1991 metr uzunluğundakı körpünün tikintisi 10 il sürüb.

7. 5 aprel 2004-cü ildə Azərbaycanla Çad arasında diplomatik əlaqələr qurulub.

5 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. İngilis filosofu Tomas Hobbs 1588-ci ilin bu günü doğulub.

2. 1877-1878-ci illər Osmanlı - Rusiya müharibəsində Plevne müdafiəsi ilə adını türk tarixinə yazdıran məşhur sərkərdə Qazi Osman Nuri Paşa 1900-cü ilin 5 aprelində 68 yaşında İstanbulda dünyasını dəyişib. 

3. 5 aprel 1894-cü ildə dünyada ilk səsdən sürətli təyyarə yaradan Amerika aviakonstruktoru Lourens Bellin doğum günüdür. 

4. 1909-cu ilin bu günündə görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallı anadan olub.

5. Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Əməkdar müəllim Oqtay Rəcəbov 5 aprel 1944-cü ildə dünyaya göz açıb.

6. Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev 5 aprel 1969-cu ildə doğulub.

7. Gitaraçı, Xalq artisti Rəmiş ( Rafiq Hüseynov) 2021-ci ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO