Oğlanların təhsilə marağı AZALIB? – Deputatdan AÇIQLAMA

Oğlanların təhsilə marağı AZALIB? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Oğlanların təhsilə marağı AZALIB? – Deputatdan AÇIQLAMA

185617

Xəbər verildiyi kimi bu il 11-ci siniflər üçün keçirilən buraxılış imtahanlarının nəticələrinə görə, ölkə üzrə maksimum nəticəni daha çox qızlar göstərib. Belə ki, buraxılış imtahanında 300 balı ümumilikdə 14 şagird toplayıb. Onlardan 13-ü qız, biri isə oğlandır.

Qızların son illərdə təhsildə uğur və nailiyyət qazanması olduqca sevindirici haldır. Lakin nəticələr onu deməyə əsas verir ki, əvvəllər imtahanlarda ən yüksək balı daha çox oğlanlar toplayırdı, bu il isə vəziyyət tamamilə dəyişib.

Bu, onu deməyə əsas verirmi ki, oğlanların təhsilə marağı azalıb?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev Bizim.Media-ya bildirib ki, buraxılış imtahanlarında ən yüksək nəticəni qızların göstərməsi bizi narahat etməməlidir:

“Qızların təhsildə və işdə yüksək nəticə göstərmələrində bir məntiq var, onlar nailiyyət qazanan həmcinslərindən örnək götürürlər. Bəli, bizim də müşahidələrimiz məhz bu yöndədir, məktəbdə qızlar daha çox uğur qazanır. Bunun əsas səbəblərindən biri, onların yuxarı siniflərdə dərsdən yayınmaması ilə bağlıdır”.

Deputat qeyd edib ki, hər il ən yüksək nəticə göstərmiş 102 şagirdə Prezident təqaüdü verilir:

“Burada qızlar və oğlanların sayı demək olar ki, bərabərdir. Arzu edirəm ki, bu tendensiya bu il də davam etsin, bərabərlik pozulmasın. Qızların təhsil görməsi çox vacibdir, onlar gələcəyin analarıdır”.

Nuranə Daxilqızı, Bizim.Media

 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO