Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq

Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq

Hazırda oxunan: Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq
18410
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq.

Bizim.Media xəbər verir ki, bu "Ali təhsil haqqında" qanunun ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, Milli diplom Reyestri ali təhsilin səviyyələri üzrə kvalifikasiya təsdiq edən diplom və diploma əlavələrin vahid mərkəzləşdirilmiş elektron sistemidir.
 

MÖVZU İLƏ BAĞLI:

Bəzi xarici universitetlərin diplomları Azərbaycanda niyə tanınmır? - Nazirlikdən CAVAB  


Milli Diplom Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, icrasına nəzarət edilir və fəaliyyətinin monitorinqi əsasında illik ictimai hesabatlılıqlar təmin edilir.

Milli Diplom Reyestri ölkə üzrə akkreditasiyadan keçmiş bütün ali təhsil kvalifikasiyaları haqqında verilmiş diplomlar və diplomlara əlavələr haqqında səhih məlumatı əks etdirməklə diplom və diploma əlavələrin vahid uçotunun aparılmasını təmin edir.
 

Milli Diplom Reyestrinin doldurulması kvalifikasiyanın verilməsi haqqında qərarı verən ali təhsil müəssisəsi tərəfindən həmin ali təhsil müəssisəsinin müvafiq portalına keçid vasitəsi ilə keçirilir və məlumatın tamlığı və dəqiqliyinə müvafiq ali təhsil müəssisəsi cavabdehlik daşıyır.


Milli Diplom Reyestrindəki məlumatlar haqqında informasiyaya çıxış və çıxışın müddəti haqqında məlumat şəxsin özü tərəfindən verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO