Bayram günlərində hava NECƏ OLACAQ?

Bayram günlərində hava NECƏ OLACAQ?

Hazırda oxunan: Bayram günlərində hava NECƏ OLACAQ?
183317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bölgələrdə bayram günlərində (martın 20-24-də) gözlənilən hava açıqlanıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5 ° isti, gündüz 6-11° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-4° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2°şaxtdan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO