Bu ərazilərdə qanunsuz tikililərin qarşısı alındı - FOTO/VİDEO

Bu ərazilərdə qanunsuz tikililərin qarşısı alındı - FOTO/VİDEO

Hazırda oxunan: Bu ərazilərdə qanunsuz tikililərin qarşısı alındı - FOTO/VİDEO

182007

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, Xəzər rayonunun Qala qəsəbəsi və Şəmkir rayonunun “Kraz yolu” deyilən ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO