Cəbrayılda qəza olub, 3 nəfər ölüb - FOTO

Cəbrayılda qəza olub, 3 nəfər ölüb - FOTO

Hazırda oxunan: Cəbrayılda qəza olub, 3 nəfər ölüb - FOTO

181818

Cəbrayılda ağır yol qəzası baş verib.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Marallı kəndində qeydə alınıb. 

"Mercedes" və "VAZ-2107" markalı minik maşınlarının toqquşması nəticəsində 3 nəfərin - Mehdi Mehdiyev, Etibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.

Xəsarət alan 3 nəfər isə Füzuli rayon mərkəzi xəstəxnasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Cəbrayılda baş verən yol qəzası faktını təsdiqləyib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO