AZAL Bakıdan Təl-Əvivə uçuşları BƏRPA EDİR

AZAL Bakıdan Təl-Əvivə uçuşları BƏRPA EDİR

Hazırda oxunan: AZAL Bakıdan Təl-Əvivə uçuşları BƏRPA EDİR

181670

Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

İlkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. 
Aprel ayından etibarən isə AZAL həftədə 9 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO