Hansı ölkələrdə 8 Mart bayram kimi qeyd olunmur? – SİYAHI

Hazırda oxunan: Hansı ölkələrdə 8 Mart bayram kimi qeyd olunmur? – SİYAHI

181656

Düz 47 ildir ki, dünyada 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd edilir. Belə ki, 1977-ci ildə BMT 8 mart tarixini qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edib. O vaxtdan sonra 8 mart dünyada qadın həmrəyliyi günü kimi qeyd edilir. Bəzi dövlətlərdə bu gün hətta qeyri-iş günü elan edilib. Həmin dövlətlərdən biri də Azərbaycandır.

Azərbaycandan başqa post-sovet ölkələrində, o cümlədən Anqola, Çin, Laos, Monqolustan, Şimali Koreya, Kamboca daha bir neçə ölkədə 8 mart qeyri-iş günüdür. Amma dünyanın əksər ölkələrində bu gün bayram kimi deyil, sadəcə BMT-nin tərtib etdiyi təqvim kimi qeyd edilir.

Beləcə dünyanın əksər ölkələrində 8 mart sıradan bir iş günüdür.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür


Bəs, hansı ölkələrdə 8 mart təmtəraqsız qeyd edilir?

1.  ABŞ

2.  Kanada

3.  Braziliya 

4.  Argentina

5.  Fransa

6.  Böyük Britaniya

7.  Almaniya

8.  İspaniya

9.  İtaliya

10.  Belçika

11.  Portuqaliya

12.  Türkiyə

13.  İran

14.  Hindistan

15.  Pakistan

16.  Cənubi Koreya

17.  Ərəb ölkələri

18.  Yaponiya

19.  Avstraliya

20.  Banqladeş

21.  Finlandiya

22.  Norveç

23.  İsveç

24.  Niderland

25.  İsveçrə

26.  Afrikanın əksər ölkələri

Bir sözlə BMT-nin üzvü olan ölkələrin cəmi 15 faizində 8 mart böyük coşğu və qeyri-iş günü kimi qeyd edilir.

Amma bütün hallarda belə bir günün təsis edilməsi böyük hadisədir. Çünki qadınlar təkcə 8 martda deyil, hər gün sevilməyə və diqqətə layiqdirlər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO