Xırdalanda və Mehdiabadda qanunsuz tikililər söküldü – FOTO/VİDEO 

Xırdalanda və Mehdiabadda qanunsuz tikililər söküldü – FOTO/VİDEO 

Hazırda oxunan: Xırdalanda və Mehdiabadda qanunsuz tikililər söküldü – FOTO/VİDEO 

181520

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Abşeron rayonunun Xırdalan şəhəri və Mehdiabad qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb. 

 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO