Daha bir azərbaycanlı ailəsində qətliam - 2 ölü, 3 yaralı... 

Daha bir azərbaycanlı ailəsində qətliam - 2 ölü, 3 yaralı... 

Hazırda oxunan: Daha bir azərbaycanlı ailəsində qətliam - 2 ölü, 3 yaralı... 

181493

Almaniyada azərbaycanlı gənc 2 ailə üzvünü öldürməkdə, 3-nü isə yaralamaqda ittiham olunur.

Bizim.Media "olke.az"a istinadla xəbər verir ki, hadisə Saksoniya-Anhalt vilayətinin paytaxtı Maqdeburq şəhərində baş verib. 

Belə ki, 18 yaşlı oğlan 42 yaşlı anasını və doqquz yaşlı qardaşını öldürməkdə şübhəli bilinərək həbs edilib. 
Maqdeburq polisinin nümayəndəsi deyib ki, hadisədən sonra bıçaq da daxil olmaqla şübhəli şəxsə aid olduğu deyilən bir neçə əşya ələ keçirilib. 

Polisin məlumatına görə, təqsirləndirilən şəxslər və zərərçəkənlər Azərbaycan əsilli olsalar da, həm Türkiyə, həm də Rusiya vətəndaşlığı var. 

Bazar günü baş verən qətl hadisəsi zamanı 18 yaşlı gəncin daha 3 ailə üzvünü yaraladığı bildirilir. Məlumata görə, yaralanan şəxslər isə şübhəlinin 13 və 15 yaşlı iki bacısı və 17 yaşlı qardaşıdır. Onlar xəstəxanaya yerləşdirilib. 

Cinayətin motivi ilə bağlı heç bir detal açıqlanmayıb. Faktla bağlı istintaq davam edir. 

Qeyd edək ki, Almaniyada yaşayan azərbaycanlılar bu hadisəni Bakıda bir ailənin 5 üzvünün qətlə yetirilməsi və evin 25 yaşlı oğlu Əhməd Əhmədovun şübhəli şəxs qismində saxlanılması fakına bənzədiblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO