Qərb Ermənistanın problemlərini həll etməyəcək - İrəvanda qapalı görüşün təfərrüatı

Qərb Ermənistanın problemlərini həll etməyəcək - İrəvanda qapalı görüşün təfərrüatı

Hazırda oxunan: Qərb Ermənistanın problemlərini həll etməyəcək - İrəvanda qapalı görüşün təfərrüatı

181492

“Hakim partiyanın deputatları ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında dünən parlamentdə qapalı iclas keçirilib. Onlar Ermənistanın Aİ-yə üzv olmaq üçün ərizə verəcəyi təqdirdə Ermənistanı gözləyən riskləri, eləcə də dövlətin təhlükəsizlik məsələlərini müzakirə ediblər".

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“İclasın əvvəlində maliyyə nazirinin müavini deputatlara Ermənistanın Rusiyadan iqtisadi asılılığı ilə bağlı geniş məruzə təqdim edib və Aİ-yə keçid nəticəsində ölkənin hansı iqtisadi risklərlə üzləşəcəyindən söz açıb. Qriqoryan isə Ermənistanın Rusiyadan asılı olduğunu etiraf edib və qeyd edib ki, kəskin addımlar atılsa, Yuxarı Lars erməni yükdaşıyıcıları üçün bağlanacaq, nəticədə ölkə üçün ciddi təhlükəsizlik təhdidləri yaranacaq.

Qərbin ölkənin problemlərini həll etməyə hazır olub-olmaması ilə bağlı suala Qriqoryan belə cavab verib: "Onlar buna hazır olduqlarını bildirməyiblər".

Armen Qriqoryanın cavablarından hakim partiyada belə bir təəssürat yaranıb ki, Qərb Ermənistanın Aİ-yə müraciətini dəstəkləməyib.

Qriqoryan yaxın vaxtlarda KTMT-dən çıxmağı və Rusiyaya qarşı başqa addımlar atmağı planlaşdırmadıqlarını da deyib.

Yeri gəlmişkən, Ermənistan hakimiyyətinin Rusiya əleyhinə bəyanatları artıq öz nəticəsini verir. Məsələn, dünən Lavrov Ararat Mirzoyana zəng edərək “regional məsələləri müzakirə edib”. Bu, erməni nazirin rus sərhədçilərini Zvartnotsdan çıxarmaq barədə bəyanatından sonra başlayıb. 

Bununla belə, Ararat Mirzoyan qeyd edib ki, Ermənistan bu məsələdə qətiyyətlidir və Rusiyaya rəsmi məktubla müraciət edib”, - nəşr qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO