BİZİM TƏQVİM: 6 martda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 6 martda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 6 martda baş vermiş tarixi hadisələr
181219
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

1899-cu ilin bu günündə  aspirin əmtəə nişanı kimi qeyd edilib. Aspirinin qəbul edilməsi ürəktutma hallarının qarşısının alınmasında mühüm rol oynayır və bir çox riskləri üstələyir.

Bəs, 6 martda dünyada daha hansı hadisələr baş verib?

1.  6 mart 1869-cu ildə Dmitri Mendeleyev kimyəvi elementlərin təsnifatını verən ilk dövri cədvəli açıqlayıb.

2.  1899-cu ilin bu günündə aspirin əmtəə nişanı kimi qeyd edilib.

3.  1902-ci ilin 6 martında FİFA tərəfindən “20-ci əsrin ən yaxşı futbol komandası” kimi dəyərləndirilən Real Madrid Futbol Klubu yaradılıb.

4.  6 fevral 1911-ci ildə Mirzə Cəlal Yusifzadənin “Fərhad və Şirin” operasının premyerası keçirilib.

5.  1924-cü ilin 6 martından İsmət İnönü Türkiyədə ikinci hökuməti qurub.

6.  1946-cı ilin 6 mart tarixində ilk uğurlu yüksək sürətli elektron kompüter "Eniac" ABŞ-da istifadəyə verilib.

7.  6 mart 1967-ci ilə İosif Stalinin qızı Svetlana Aliluyeva ABŞ-a qaçıb.

8.  6 mart 1964-cü ildə müsəlmanlığı qəbul etmiş Kassius Kley rəsmi olaraq Məhəmməd Əli adını aldı.   Bütün zamanların ən yaxşı boksçusu kimi qəbul edilən Məhəmməd Əli karyerası boyu yalnız 5 oyun uduzub.

9.  1995-ci ilin 6 mart tarixində Türkiyənin 1963-cü ildə imzaladığı Ankara Sazişilə başladığı Avropaya inteqrasiya prosesində daha bir addım atılıb. Avropa İttifaqı üzvü olan 15 ölkə ilə Türkiyə arasında Gömrük Birliyi Müqaviləsi imzalanıb.

10.   6 mart 2015-ci ildə Bakı Olimpiya Stadionunun açılışı olub.

Martın 6-da həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1.  6 mart Azərbaycan Xalq Cümhuiyyətinin qurucusu, müsəlman Şərqində ilk respublikanın yaradıcısı dahi Məhəmməd Əmin Rəsulzadənin xatirə günüdür. M.Ə.Rəsulzadə Rusiya imperiyasının Bakıda 1920-ci ilin aprel çevrilişindən - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həbs olunub. Azad edildikdən bir müddət sonra Moskvada işləməyə göndərilib. Oradan Finlandiyaya, sonra Türkiyəyə mühacir olaraq gedən Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin 6 mart tarixində son dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deyərək gözlərini bu dünyaya əbədi yumub və Ankara Əsri Məzarlığında torpağa tapşırılıb (1884-1955).

2.  Çar Rusiyasının general-mayoru, Hərbiyyə naziri yanında tapşırıq generalı. “Artilleriyanın atası” generalı Əliağa Şıxlınski və General Səməd bəy Mehmandarovla çiyin-çiyinə vuruşmuş İbrahim ağa Usubov 6 mart 1872-ci ildə anadan olub.

3.  1889-cu ilin bu günü özbək şairi, maarifçisi və ictimai xadimi Həmzə Həkimzadə Niyazi dünyaya gəlib.

4.  6 mart milli və tarixi hekayələri ilə tanınan Türkiyə yazıçısı Ömər Seyfəddinin xatirə günüdür. O, 1920-ci ilin bu günü 36 yaşında dünyadan köçüb. (1884 - 1920)

5.  Nasir, dramaturq, publisist, tərcüməçi və Əməkdar incəsənət xadimi Yusif Əzimzadə 1984-cü ilin bu günündə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO