Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanıldı – FOTO  

Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanıldı – FOTO  

Hazırda oxunan: Şamaxıda İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanıldı – FOTO  

180655

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbir zamanı Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Surac Mahmudov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan 1 kiloqrama yaxın marixuana, 116 qram heroin və metamfetamin aşkar edilib. Araşdırma zamanı S.Mahmudovun sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyi məlum olub. 

Həmçinin, Şamaxı rayonunda qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində 5-i könüllü, 2-si əməliyyat yolu ilə olmaqla ümumilikdə 7 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO