Əcnəbi narkotacirlə əlbir olaraq narkotik satan şəxs tutuldu - FOTO

Əcnəbi narkotacirlə əlbir olaraq narkotik satan şəxs tutuldu - FOTO

Hazırda oxunan: Əcnəbi narkotacirlə əlbir olaraq narkotik satan şəxs tutuldu - FOTO
180215
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Gəncə şəhər sakini Mövsüm İsgəndərov keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılıb. 

Onun üstündə daşıdığı çantaya baxış keçirilərkən 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib. Araşdırma zamanı M.İsgəndərovun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib.

M.İsgəndərov əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqatala rayonundakı ünvandan narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

Əcnəbi narkotacirlə əlbir olaraq narkotik satan şəxs tutuldu - FOTO - foto 1
Əcnəbi narkotacirlə əlbir olaraq narkotik satan şəxs tutuldu - FOTO - foto 2

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO