DİQQƏT! Uşaqları bu qidadan uzaq tutun - Nazirlikdən XƏBƏRDARLIQ    

DİQQƏT! Uşaqları bu qidadan uzaq tutun - Nazirlikdən XƏBƏRDARLIQ    

Hazırda oxunan: DİQQƏT! Uşaqları bu qidadan uzaq tutun - Nazirlikdən XƏBƏRDARLIQ    
17963
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Son 20 ildə ölkədə uşaq və yeniyetmələr arasında çəki artımı, piylənmənin artdığı müşahidə olunur”.

Bizim.Media-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova "Uşaqlarda erkən inkişaf " mövzusunda çıxışında deyib.

O bildirib ki, buna birinci səbəb “fastfood” restoranları və qərb mətbəxinin ölkəyə daxil olmasıdır:

“İkinci səbəb müasir texnologiyaların həyatımıza girişidir. 2019-cu ildə ilkin dispanser qeydiyyatına 1234 nəfər alınıb, onlardan 667 nəfəri 0-17 yaşlı uşaqlardır. Ümumilikdə qeydiyyatda olan 5 591 nəfərdən 1 291-i 0-17 yaşlı uşaqlar olub. Tendensiya artmağa doğru gedir”.

A. Zeynalova qeyd edib ki, piylənmə bir çox xəstəliklərə səbəb olur:

"Artıq çəkidən əziyyət çəkən insanlarda şəkərli diabetə rast gəlinir. 2020-ci ildə 287 mindən çox şəkərli diabet xəstəsi qeydə alınıb. Diabet xəstələrindən 1 957 nəfəri 0-17 yaşına qədər uşaqlardır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO