Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?

Hazırda oxunan: Ölkə ərazisində yağıntılı hava nə vaxtadək davam edəcək?

178456

Milli Hidrometeorologiya Xidmətinin fevralın 16-sı saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Şabran, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Qobustanda yağış yağır. 

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, Xaltan, Qrız, Şahdağla bərabər hazırda Daşkəsən, Altıağac, Quba, Qusar ərazilərinə də qar yağır. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 8, Aran rayonlarında 8, dağlıq ərazilərdə 2 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxtadır. 
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 18-i gündüzədək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO