BİZİM TƏQVİM: 13 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 13 fevralda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 13 fevralda baş vermiş tarixi hadisələr

177812

13 fevral 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-yə birləşdirilməsi təşəbbüsü ilə Xankəndidə ilk mitinq keçirilib.

Bəs, 13 fevralda dünyada daha hansı hadisələr baş verib?

1. 1258-ci ilin 13 fevral tarixindǝ Monqol hökmdarı Hülakü xan Bağdadı işğal edib. Hücum edən monqollar bəndləri dağıtdılar və daşqın yaradıb xəlifənin ordusunu tələyə saldılar. Hücumlar nǝticǝsindǝ 200 min bağdadlı öldürülüb.

2. 13 fevral 1739-cu ildə Nadir şah Əfşar Karnal döyüşündə moğol hökmdarı Məhəmməd şahı məğlub edib.

3. Bir film kamerası və projektoru alan Oqüst və Lui Lümyer qardaşları istehsal üçün 1894-cü ilin 13 fevralında kinematoqraf patentini aldılar. Beləliklə, görüntülər əks etdirilə, yazıla, sıralana və nümayiş etdirilə bildi.

4. 13 fevral 1946-cı ildə yaradılan Birləşmiş Millətlər Təşkilatı Radiosunun ildönümü və BMT-nin UNESCO təşkilatı tərəfindən elan olunan Ümumdünya Radio Günüdür.  

5. 1960-cı ilin 13 fevral günü Fransa Afrikada – Böyük Səhrada özünün atom bombasının ilk sınağını keçirdi. Bununla da Fransa Amerika Birləşmiş Ştatları və SSRİ-dən sonra “Kütləvi qırğın silahına malik ölkələr” sırasına daxil oldu.   

6. Şimali Kiprdə (Kıbrıs) yaşayan türklər yunanlar tərəfindən qətlə yetirilincə 1974-cü ilin 20 iyulunda Türkiyə Silahlı Qüvvələri Kıbrıs Sülh Hərəkatı adı ilə adaya girdi və orada türklərin təhlükəsizliyini təmin etdi. Hərəkatdan sonra Şimali Kiprdə Muxtar Kıbrıs Müvəqqəti Hökuməti quruldu. Bu hakimiyyətin Məclisi 1975-ci ilin 13 fevralında Kıbrıs Türk Federasiya Dövlətinin qurulmasına səs verdi və qərarı elan etdi. 

7. 1990-cı ilin bu günündə Almaniyanın birləşdirilməsi ilə bağlı razılıq əldə olunub. Bu razılaşmaya əsasən birləşdirilmə prosesi həmin il sentyabrın 12-də ABŞ, Böyük Britaniya, Sovet İttifaqı, Fransa, Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası tərəfindən imzalanmış sazişə əsasən həyata keçirilib.

13 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Rusiyanın dünya şöhrətli təmsilçisi İvan Krılov 1769-cu ilin 13 fevralında Moskvada anadan olub.

2. Dilçi alim, filologiya elmləri doktoru, provessor Nəzakət Ağazadə 1910-cu ilin bu günündə dünyaya göz açıb. O, həmçinin tanınmış ziyalı, maarifçi Həsən bəy Ağayevin qız idi.

3. 13 fevral Azərbaycan və ümumtürk xalqlarının tanınmış şairi, dramaturq və ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin xatirə günüdür. 1925-ci ildə Şəkidə anadan olan, bədii yaradıcılığa 18 yaşından başlayan şair onlarla kitabın müəllifidir. Onun bir çox şeirinə gözəl mahnılar da bəstələnib. Böyük şairin ictimai fəaliyyəti də dəyərli və əvəzsiz olub. Hələ ötən əsrin 60-cı illərində belə düşüncələrilə həmkarlarından kəskin şəkildə seçilib. 1959-cu ildə yazdığı “Gülüstan” tarixi poeması ilə Azərbaycan xalqının və torpaqlarının ikiyə bölünməsi facisəini qələmə almış, bu səbəbdən bir müddət vəzifəsindən uzaqlaşdırılmış, Sovet rejiminin təzyiqlərinə məruz qalmışdı. Şair 2009-cu ilin bu günü 84 yaşında dünyasını dəyişib. 

4. 1946-cı ilin bu günündə Xalq artisti Əliabbas Qədirov anadan olub.

5. Azərbaycanın tanınmış dirijoru, Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanova 13 fevral 1956-cı ildə doğulub.

6. Xalq artisti Nisə Qasımova 1954-cü ilin 13 fevralında dünyaya göz açıb.

7. 1975-ci ilin bu günündə Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Məmmədov anadan olub.

8. 13 fevral 1971-ci ildə tanınmış qəzəlxan Məşədibaba anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO