BİZİM TƏQVİM: 9 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 9 fevralda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 9 fevralda baş vermiş tarixi hadisələr

177267

2020-ci ilin bu günündə Azərbaycan Respublikasının parlamentinə - Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Bəs, 9 fevralda daha hansı hadisələr baş verib?

1. 9 fevral 1768-ci ildə Londonda ilk müasir sirk təşkil edilib.

2. 9 yanvar 1905-ci ildə çar II Nikolayın paytaxt Sankt-Peterburqdakı Qış Sarayının qarşısında toplanan minlərlə fəhlə, uşaq və qadın Romanovlar ordusu tərəfindən gülləyə tutulub. Rusiya tarixinə "Qanlı bazar" adı ilə düşən hadisədə 139 adam həyatını itirdi. Bundan sonra fəhlələr ümumi tətil elan etdilər. Həm Yaponiya ilə sürən müharibə, həm tətil və digər səbəblər ölkəni siyasi böhrana aparıb çıxardı.  

3. 1951-ci ilin bu günündə Nyu-Yorkda BMT-nin mənzil qərargahı fəaliyyətə başlayıb. 

4. 9 fevral 1951-ci ildə Azərbaycan Millətçilər Dərnəyi təsis edilib.

5. 9 fevral 1960-cı ildə Misirdəki məşhur Asuan bəndinin tikintisinə başlanılıb.

6. Panama kanalı və ətrafının idarəsi ilə bağlı yerli xalq və ABŞ hökuməti arasında yaranan anlaşılmazlıq 1964-cü ilin 9 fevralında silahlı qarşıdurmaya çevrildi. Hadisələr zamanı 21 panamalı və 3 Amerika əsgəri öldü.

7. 1991-ci ildə Azərbaycanın Qarabağ torpağının Laçın-Şuşa yolunda “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova və üç rus hərbçisi erməni silahlıları tərəfindən qətlə yetirilib.

8. 9 fevral 2004-cü ildə Hirkan Milli Parkı yaradılıb.

9 fevralda həm də bu şəxsiyyətlər xatırlanır:

1. 1441-ci ilin bu günündə məşhur özbək şairi Əlişir Nəvai dünyaya gəlib.

2. Tanınmış rejissor, ssenarist Ramiz Əsgərov 9 fevral 1937-ci ildə anadan olub.

3. Azərbaycanlı aktyor, Əməkdar artist Ələsgər Məmmədoğlu 1946-cı ilin 9 fevralında anadan olub.

4. Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev 1959-cu ilin bu günü Beyləqanda dünyaya gəlib.

5. Türkiyə xalqının Milli Qurtuluş Savaşını "Türkün odla imtahanı", "Alovdan köynək" romanlarında əbədiləşdirən yazıçı Xalidə Edip Adıvar 1964-cü ilin 9 fevralında 80 yaşında İstanbulda dünyasını dəyişib.

6. 9 fevral 1881-ci ildə məşhur rus yazıçısı Fyodor Dostoyevski dünyasını dəyişib.

7. Azərbaycan animasiya filmləri rəssamı, rejissor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Rauf Dadaşov 9 fevral 2008-ci ildə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO