Bərdədə əməliyyat: Saxlanılanlar var – FOTO  

Bərdədə əməliyyat: Saxlanılanlar var – FOTO  

Hazırda oxunan: Bərdədə əməliyyat: Saxlanılanlar var – FOTO  
176357
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən
məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov AK-74" markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb. 
Bundan əlavə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov saxlanılıblar. K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan artıq marixuana, Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar edilərək götürülüb. 

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. 

Bərdədə əməliyyat: Saxlanılanlar var – FOTO   - foto 1
Bərdədə əməliyyat: Saxlanılanlar var – FOTO   - foto 2
Bərdədə əməliyyat: Saxlanılanlar var – FOTO   - foto 3
Bərdədə əməliyyat: Saxlanılanlar var – FOTO   - foto 4
Bərdədə əməliyyat: Saxlanılanlar var – FOTO   - foto 5

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO