BİZİM TƏQVİM: 31 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 31 yanvarda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 31 yanvarda baş vermiş tarixi hadisələr

175815

1902-ci il yanvarın 31-də güclü yeraltı təkanlar Şirvanın qədim paytaxtı, Azərbaycanın siyasi və iqtisadi mərkəzlərindən biri Şamaxı şəhərini, demək olar ki, büsbütün dağıdıb. Təbii fəlakət nəticəsində minlərlə adam həlak oldu, 10 mindən çox insan Bakı və ölkənin digər bölgələrinə köçmək məcbutiyyətində qalıb.  

Bəs, 31 dekabrda dünyada nələr baş verib?

1. 1729-cu ilin 31 yanvarında İbrahim Müteferrikanın mətbəəsində basılan "Vankulu lüğəti" Türkiyədə ilk kitab oldu. Mehmet ibn Mustafa tərəfindən tərtib edilən ərəbcə-türkcə bu lüğət 2 dəri üzərində basılıb.

2. 31 yanvar 1905-ci ildə erməni yaraqlıları Cavanşir qəzası ərazisindəki Çıraqlı və Hacıqərvənd kəndlərində faciə törədiblər. Bu kəndlərdən olan 10 nəfər müsəlman qətlə yetirilib.

3. İkinci Dünya Müharibəsindən sonra – 1946-cı ilin 31 yanvarında qəbul edilən yeni konstitusiyaya əsasən Yuqoslaviya Federal Xalq Respublikası qurulub. Serbiya, Xorvatiya, Bosna-Herseqovina, Slovenya, Makedoniya və Çernoqoriya respublikaları və 2 muxtar bölgə Yuqoslaviyanın tərkibinə daxil idi.
4. 31 yanvar 1990-cı ildə İmişli rayonunun ərazisində “BBC” radiokorporasiyasının əməkdaşları, Böyük Britaniya vətəndaşları Bencamin Braun və Pek Rorini SSRİ ərazisində yerdəyişmə qaydalarını və sərhəd zonasında olmaq rejimini pozduqlarına görə yaxalanırlar. Axtarış zamanı onların üzərindən müxtlif məxfi sənədlər aşkaarlanır və götürülür.

5. 1990- cı ilin bu günündə silahlı ermənilər Gədəbəy rayonunun ərazilərinə hücum ediblər. Gədəbəy bölgəsinə - Şınıx zonasına edilən bu silahlı hücum nəticəsində 6 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriblər. 

6. 31 yanvar 1991-ci ildə Dağıstanın Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” qatarı partladılıb. Nəticədə 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.

7. 31 yanvar 1992-ci ildə Xramort, Fərrux kəndləri istiqamətində döyüş əməliyyatları keçirilib. Fərrux kəndi ermənilərdən azad edilsə də, ciddi itkilər olub.

8.  1992-ci ilin bu günündə erməni yaraqlıları Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Xıdırlı, Cinli, Əliağalı, Əhmədavar kəndlərinə hücum edirblər. Xain hücum nəticəsində 5 nəfər həlak olub, 53 nəfər yaralanıb. 

9.  Yunanıstan öz torpağı olduğu iddia etdiyi Kardak qayalıqlarına 1996-cı il 31 yanvarda “Türk SAT” qrupları çıxaraq Türkiyə bayrağını sancıb. Türkiyənin qərarlı mövqeyi qarşısında Yunanıstan geri addım atıb. ABŞ və NATO-nun da dövrəyə girməsiylə "Kardak böhranı" sona çatıb.

31 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin bu günü Bakıda dünyaya göz açıb. 1918-1920-ci illərdə Milli Şuranın sədri, Azərbaycan parlamentinin üzvü olan Məhəmməd Əmin Sovet Rusiyasının 1920-ci il Aprel Çevrilişindən sonra həbs olunub, sonra Stalin tərəfindən azad edilərək Moskvaya aparılıb. 1922-ci ildə mühacirət edən M.Ə.Rəsulzadə Türkiyədə İstambulda “Əsrimizin Səyavuşu” və “Azərbaycan Cümhuriyyəti keçmişdə və indi” əsərlərini yazıb. 1952-ci ildən paytaxt Ankarada onun baş redaktorluğu ilə “Azərbaycan” jurnalı buraxılıb. Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankarada vəfat edib və şəhərin Əsri Məzarlığında dəfn olunub. (1884-1955)

2. Hər iki Azərbaycanın tanınmış şairi Əli Tudə 1924-cü ilin 31 yanvarında dünyaya gəlib. Hələ 13 yaşından onun şeirləri almanax və qəzetlərdə dərc edilib. Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində müdir işləyən Ə.Tudənin ana dilində kitabların tərtib olunmasında böyük xidməti olub.  Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudə 40-a qədər kitab yazıb, əsərləri xarici dillərə tərcümə olunub. (1924-1996)

3. SSRİ və Azərbaycan SSR-nin Xalq artisti Ələsgər Ələkbərov 31 yanvar 1963-cü ildə dünyasını dəyişib.

4. Azərbaycan boyakarı, qrafiki və əməkdar rəssamı Ələkbər Rzaquliyev 1974-cü ilin bu günündə vəfat edib.

5. Azərbaycan Respublikasının Xalq rəssamı Oqtay Şıxəliyev 31 yanvar 2012-ci ildə dünyasını dəyişib.

6. Azərbaycanın Mill Qəhrəmanı Təbriz Xəlilbəyli 1992-ci ilin bu günündə şəhid olub. Təbriz Azərbaycanın Xalq şairi Xəlil Rzanın oğludur.

7. Tanınmış jurnalist Mirzə Mikayılov (Mirzə Xəzər) 2020-ci ilin bu günündə vəfat edib.

8. Azərbaycanın Xalq artisti Mübariz Tağıyev 31 yanvar 1948-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO