BİZİM TƏQVİM: 26 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 26 yanvarda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 26 yanvarda baş vermiş tarixi hadisələr

175097

1990-cı il yanvarın 26-da Sovet ordu hissələri Azərbaycana qarşı cəza aksiyasını davam etdirərək Neftçala və Lənkaran şəhərlərinə soxuldular. Sovet əsgərlərilə toqquşmada 8 yerli vətəndaş həlak oldu.

Bəs, 26 yanvarda dünyada daha hansı yaddaqalan hadisələr baş verib?

1. 26 yanvar 1860-cı ildə ABŞ-da vətəndaş müharibəsi başlayıb.

2. 1905-ci ilin 26 yanvarında dünyanın ən böyük almazı olan Kullinan Pretoriyada aşkar olunub.

3. 26 yanvar 1965-ci ildə Hind dili Hindistanın rəsmi dövlət dili elan edilib.

4. 26 yanvar 1992-ci ildə Azərbaycan ordusunun tarixində ən uğursuz hərbi əməliyyat keçirilib. Daşaltı əməliyyatında çoxlu sayda hərbçimizi itirdik.

5. 2009-cu ilin 26 yanvarında Hüseynqulu Bağırov Cənub qütbünə çatan ilk azərbaycanlı olub.

26 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Köçərli 1863-cü ilin bu günü Qarabağın mərkəzi Şuşada dünyaya gəlib. Azərbaycan ədəbiyyatı tarixinə dair ilk əsərlər sayılan “Azərbaycan ədəbiyyatı” və “Mirzə Fətəli Axundov” kitabçalarını nəşr etdirib, “Azərbaycan türk ədəbiyyatı” (1908) adlı fundamental əsər yazıb. 1918-ci ildə Qori Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürərək onu müstəqil milli seminariyaya çevirən Firudin bəy Köçərli 1920-ci ildə məşhur Gəncə üsyanının təşkilatçılarından biri kimi həbs olunaraq güllələnib. (1863-1920)

2. Sovet İttifaq Qəhrəmanı Məmiş Abdullayev 1945-ci ilin 26 yanvarında qəhrəmancasına həlak olub.

3. Türkiyə Qurtuluş Savaşının Şərq Cəbhəsi komandiri, təqaüdçü general, 1946-cı ildə Türkiyə Böyük Millət Məclisinin sədri seçilən Kazım Qarabəkir bu vəzifəyə gələndən 2 il sonra - 1948-ci ilin 26 yanvarında 66 yaşında həyatdan köçüb.

4. Bu gün Xalq artisti Aygün Kazımovanın 53 yaşı tamam olur. O 1971-ci ilin 26 yanvarında Bakıda anadan olub.

5. Sovet İttifaqı Qəhrəmanı Mehdi Quliyev 1976-cı ilin bu günündə vəfat edib. 6. 1992-ci ilin bu günündə Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov şəhidlik zirvəsinə yüksəlib.

7. Azərbaycanın Xalq artisti İslam Rzayev 2008-ci ilin 26 yanvarında dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO