Koronavirusa yoluxan aparıcı vəziyyətindən danışdı - “Yoldaşımla kəfəni yırtdıq”

Koronavirusa yoluxan aparıcı vəziyyətindən danışdı - “Yoldaşımla kəfəni yırtdıq”

Hazırda oxunan: Koronavirusa yoluxan aparıcı vəziyyətindən danışdı - “Yoldaşımla kəfəni yırtdıq”
17454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Koronavirusa yoluxan aparıcı Aytən Səfərova son vəziyyətindən danışıb. 

Bizim.Media xəbər verir ki, aparıcı “İnstagram” profilində barəsində gedən həqiqətəuyğun olmayan mlumatlara aydınlıq gətirib.

O, deyib ki, mediada aprelin 5-də səhhətinin ağırlaşması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər dərc edilib. Aparıcı yazılanların tamamilə əsassız və yalan olduğunu deyib:

“Şükür olsun, sağ və salamatam. Son günlər narahatlığım sadəcə təqyiqimin yüksək olmasıdır. Təzyiq o qədər yüksəyə qalxır ki, ürəyimə də təsir edir. Hazırda evdə müalicə alıram və həkimlərin nəzarəti altındayam. Bir az öskürəyim qalıb. Ümidvaram ki, yaxın 4-5 gün ərzində tamamilə sağalacağam”.

Aparıcı barəsində mediada gedən yalan informasiyaların doğmalarına, xüsusilə valideynlərinə təsir etdiyini deyib:

“Nəzərə alın ki, atam və anam 65 yaşdan yuxarıdır. Onlar belə xəbərlərdən çox sarsılır və narahat olurlar. Son gedən xəbərlərlə bağlı da qızımla əlaqə yaratdıqdan sonra rahatlandılar.

Deyə bilərəm ki, yoldaşımla mən kəfəni yırtdıq. Hazırda qaynanam Abşeron rayonundakı Modul xəstəxanada müalicə alır. Həkimlərimizə və TƏBİB-ə xüsusi təşəkkürümü bildirirəm. Onların necə fədakarlıq göstrədiklərinin şahidi oldum”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO