Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatdı - FOTO

Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatdı - FOTO

Hazırda oxunan: Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatdı - FOTO
172983
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin Sian şəhərindən göndərilən növbəti blok qatar ötən gecə Bakı limanına çatdırılıb. 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik məhsullar, optik kabellər, parça və digər qeyri qida məhsulları təşkil edib.

Bakı limanından Bizim.Media-ya bildirilib ki, idxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından “Berkut” fider gəmisi (konteynerdaşıyan) vasitəsi ilə gətirilən yüklər Bakı limanında operativ formada boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə yola salınıb.

Qeyd edək ki, yaxın günlərdə Çində formalaşdırılan bir neçə blok qatarın da Azərbaycanın idxalı və tranzit keçməklə qərb istiqamətinə daşınması nəzərdə tutulur.

Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatdı - FOTO - foto 1
Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatdı - FOTO - foto 2
Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatdı - FOTO - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO