Bakıda və Abşeronda sulu qar YAĞIR 

Bakıda və Abşeronda sulu qar YAĞIR 

Hazırda oxunan: Bakıda və Abşeronda sulu qar YAĞIR 
172763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 12:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında sulu qar yağır. 

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. 

Belə ki, Bərdə, Naftalan, İmişli, Qazıməmməd, Biləsuvar, Yardımlı, Lerik, Oğuz, Qusar, Quba, Sarıbaş, Şəki, Gədəbəy, Şamaxı, İsmayıllı, Ağdam, Xaltan, Qax, Sabirabad, İmişli, Cəfərxan, Qəbələ, Qobustan, Tərtər, Şirvan, Mingəçevirdə qar, Zaqatala, Balakən, Yevlax, Tovuz, Şəmkir, Göyçay, Ağstafa, Neftçala, Zərdab, Beyləqan, Lənkəran, Astara, Gəncə, İsmayıllı, Naxçıvan, Şahbuz, Ceyrançöl, Kürdəmirdə isə yağış yağır. Sumqayıt, Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qrızda duman müşahidə olunur. 

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 15-18 m/s, Beyləqanda 22 m/s, Naftalan, Balakən, Zaqatalada 18 m/s, Mingəçevirdə 17 m/s, Biləsuvarda 16 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.5 metrdir. 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, dağlıq rayonlarda 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO