Azad olunan ərazilərdəki hərbçilər psixoloji testdən keçirilir - FOTO

Azad olunan ərazilərdəki hərbçilər psixoloji testdən keçirilir - FOTO

Hazırda oxunan: Azad olunan ərazilərdəki hərbçilər psixoloji testdən keçirilir - FOTO
17189
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirilir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hərbi qulluqçularla keçirilən tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə mənəvi-psixoloji vəziyyətin və sosial problemlərin öyrənilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilir.

Keçirilən praktiki tədbirlərdə Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuların psixoloji reabilitasiyası, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunması məsələləri də diqqət mərkəzindədir.

Tədbirlər çərçivəsində sosial-psixoloji testlər keçirilir, fərdi qaydada söhbətlər aparılır, komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər təşkil olunur və metodiki tövsiyələr verilir.

Bizim.Media

Azad olunan ərazilərdəki hərbçilər psixoloji testdən keçirilir - FOTO - foto 1
Azad olunan ərazilərdəki hərbçilər psixoloji testdən keçirilir - FOTO - foto 2
Azad olunan ərazilərdəki hərbçilər psixoloji testdən keçirilir - FOTO - foto 3
Azad olunan ərazilərdəki hərbçilər psixoloji testdən keçirilir - FOTO - foto 4

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO