BİZİM TƏQVİM: 21 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 21 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 21 dekabrda baş vermiş tarixi hadisələr

169941

Bu gün böyük Türk dünyasının Qara Tun (Qara Gün) bayramıdır. Türklər bu münasibətlə ən uzun gecənin şərəfinə Şam ağacını bəzəyər, müxtəlif ayinlər icra etməklə arzular tutardılar.

Ağacın üstündə gələn əkin ili üçün bolluq olsun deyə, müxtəlif meyvə, tərəvəz və bitkilər də asılardı. Onu da qeyd edək ki, “qara” sözü türk dilində həm də böyük, daha uzun mənasını da daşıyır.  

Bəs, 21 dekabrda daha hansı hadisələr baş verib?

1. 1891-ci ilin 21 dekabrında ilk basketbol yarışı keçirilib. Bu idman oyunu ABŞ-ın Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaradılıb və az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hazırda, dünyada milyonlarla insan bu oyunu oynayır.

2. 1898-ci ilin 21 dekabrında Pyer Küri və Mariya Küri radioaktiv radium elementini kəşf etdilər.

3. 21 dekabr 1898-ci il tarixdə Pyer və Mariya Küri radioaktiv radium elementini kəşf ediblər.

4. 1913-cü ilin bu günündə ABŞ-ın “New York World” qəzetində dünyada ilk krossvord dərc edilib. Krossvordun müəllifi Artur Uinn olub.

5. 1937-ci ilin 21 dekabr tarixindә ilk uzunmetrajlı ‘‘Ağca vә yeddi cırtdan’’ çizgi filmi nümayiş olunub.

6. 21 dekabr 1963-cü ildə Kiprdə başlayan və 3 gün davam edən Qanlı Milad hadisələri zamanı 133 kiprli türk öldürülüb. 

7. 1988-ci ilin 21 dekabr tarixindә Londondan Nyu-Yorka uçan Amerikaya mәxsus sәrnişin tәyyarәsi Şotlandiyanın Lokerbi qәsәbәsi yaxınlığında partlayıb. Hadisә nәticәsindә 270 sәrnişin hәlak olub. Uzun illәr davam edәn istintaq nәticәsindә tәyyarәyә bomba yerlәşdirildiyi vә bu şәxsin Liviya kәşfiyyatının әmәkdaşı olduğu bildirilib. Qәddafi rәhbәrliyi bombanı tәyyarәyә yerlәşdirilәn şәxsi İngiltәrәyә tәslim edib.

Qәddafi ölkәsinin terror hücumuna görә mәsuliyyәt daşıdığını qәbul etsә dә özünün bu hadisә ilә bir әlaqәsinin olmadığını açıqlayıb. Liviya hökumәti hadisә nәticәsindә hәlak olanların ailәlәrinә milyardlarla tәzminat ödәyib.

8. 21 dekabr 1991-ci ildə SSRİ dağıldı. Əvəzində Müstəqil Dövlətlər Birliyi yaradıldı.

9. 2017-ci ilin 21 dekabr tarixindә Türkiyәnin tәşәbbüsü ilә hazırlanan vә ABŞ prezidenti Donald Trampın Qüdslә bağlı qәrarını hәdәf alan qәtnamә layihәsi BMT Baş Mәclisindә ABŞ-ın bütün etirazlarına baxmayaraq qәbul edilib. Sәsvermәdә 35 ölkә bitәrәf qalıb. BMT bu qәrar  ilә Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyan qәrarının beynәlxalq hüquq normalarına zidd olduğunu bildirib.

Bəs, 21 dekabrda kimlər xatırlanır? 

1. 1840-cı ilin 21 dekabrında Türkiyəli şair Namiq Kamal anadan olub.

2. 21 dekabr 1913-cü ildə şair, tərcüməçi Ələkbər Ziyatay (1913 - 2.7.1982) dünyaya gəlib. Bir çox şeirlərinə mahnılar bəstələnib. Rus dilindən ədəbi tərcümələr edib.

3. 21 dekabr 1916-cı ildə Azərbaycan yazıçısı Süleyman Vəliyev anadan olub.

4.  21 dekabr 1922-ci ildə  ədəbiyyatşünas, yazıçı, Əməkdar elm xadimi Kamran  Məmmədov (1922 - 6.4.1989) anadan olub. 

5. 1923-cü ilin bu günündə görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov (1923-1997) anadan olub. 

6. 1923-cü ilin bu günündə tanınmış müğənni Tükəzban İsmayılova dünyaya göz açıb.

7. 21 dekar 1927-ci il tarixdə tanınmış heykəltaraş Ömər Eldarov anadan olub. 

8. 1940-cı ilin 21 dekabrında tanınmış politoloq Vəfa Quluzadə dünyaya gəlib.

9. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili 21 dekabr 1967-ci ildə anadan olub. 56 yaşı tamam olan Saakaşvili yubiley ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.

10. Əməkdar artist Nüşabə Ələsgərli də 21 dekabrda dünyaya göz açıb. Bu gün onun 55 yaşı tamam olur.

11. Fransa prezidenti Emmanuel Makron da 21 dekabrda dünyaya gəlib. O, bu gün 46 yaşını qeyd edir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO