Payız semestrində 5 mindən çox tələbəyə təhsil krediti verilib

Payız semestrində 5 mindən çox tələbəyə təhsil krediti verilib

Hazırda oxunan: Payız semestrində 5 mindən çox tələbəyə təhsil krediti verilib

169619

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Bizim.Media bildirilib ki, payız sessiyası ərzində 9970 tələbə kredit almaq üçün müraciət edib.

Qeyd edilib ki, onlardan 673 nəfərin müraciəti natamam olub, 656 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1204 nəfərin müraciətinə imtina cavabı verilib, 117 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 7320 nəfərə TTK verilib. Onların arasından 2561 nəfərin müraciəti sosial TTK, 4759 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO