Azərbaycanda distant təhsilə KEÇİLMƏLİDİR? – AÇIQLAMA 

Azərbaycanda distant təhsilə KEÇİLMƏLİDİR? – AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda distant təhsilə KEÇİLMƏLİDİR? – AÇIQLAMA 

167017

Xəbər verildiyi kimi ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova açıqlayıb. 

Qeyd edək ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. 

Bundan əlavə, elm və təhsil naziri Emin Əmrullayev də ötən gün keçirdiyi brifinqdə qızılca ilə bağlı vəziyyət ciddiləşərsə, məktəblərin distant təhsilə keçə biləcəyini açıqlayıb. 

“Distant təhsili reallaşdırmalıyıq”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Nadir İsrafilov distant təhsilin “Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi təsbit olunduğunu xatırladıb.

O, deyib ki, biz buna lazımi səviyyədə diqqət yetirmirik və hətta universitetlərin belə distant təhsilə keçməsini reallaşdırmalıyıq:  

“Distant təhsil yalnız “COVİD-19” pandemiyası dövründə yada düşdü. Artıq bir neçə ildir ki, bu təcrübə bir çox ölkələrdə geniş tətbiq olunur və böyük təcrübə qazanılır. Üstəlik, əlverişli imkanlar yaradılır və ən müasir texnologiyalarla təchiz olunur. İndi də ölkədə qızılca, suçiçəyi kimi xəstəliklər ortaya çıxıb. 

Buna görə də heç kim yenidən başqa bir pandemiya dövrünün başlanılıb-başlanılmayacağı ilə bağlı təminat verə bilməz. Biz də indidən hazır olmalıyıq. Pandemiya dövründə müəyyən təcrübə qazandığımız üçün, artıq hansı problemlərin olduğunu və hansıları həll edəcəyimizi bilirik. Bir sözlə, pandemiya oldu, olmadı, bu məsələnin həllinə nail olmalıyıq. 

Hazırda internet əsrində yaşayırıq və dünyada qloballaşma gedir. Bu baxımdan da distant təhsil çox sərfəlidir. Dərsə getmədən və əlavə vaxt sərf etmədən təhsilə davam etmək olur. Xüsusilə də, xaricdə təhsil almaq üçün internet vasitəsilə imtahanlara hazırlaşmaq, istənilən xarici universitetə qəbul olmaq, ora getmədən yaşadığı ünvanda dərslərə hazırlaşmaq, oxumaq və diplom almaq mümkündür”. 
Bəs distant təhsil əyani təhsil qədər effektiv olurmu? 

Təhsil eksperti Azərbaycanda bununla bağlı müsbət bir nəticəsinin əldə edildiyi barədə fikir söyləməyin hələki tez olduğunu bildirib:

“Ən azı 1 və ya 2 il nəticə olmayacaq, amma üçüncü il effektiv olacaq. Biz bir çox layihələri əvvəlcə pilot şəklində həyata keçiririk və nəticəsi olarsa, geniş tətbiqinə başlayırıq”

Rövşən Ziya, Bizim.Media


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO