BİZİM TƏQVİM: 7 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 7 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 7 noyabrda baş vermiş tarixi hadisələr

163173

2020-ci ilin bu günündə Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsinin 42-ci günündə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edib. Ən başlıcası Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Xocalı rayonlarının ümumilikdə 16 kəndini işğaldan azad edib. Bunlar Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarxac, Qubadlının Qəzyan, Bala Soltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Xocavəndin Moşxamat, Ataqut, Sakuri kəndləri idi.

Bəs, noyabrın 7-də dünyada daha nələr olub?

1. 1665-ci ilin 7 noyabr tarixində 354 ildir dərc olunan “The London Gazette” mətbuat orqanı nəşrə başlayıb.  

2. 1917-ci ildə, keçmiş təqvimlə oktyabrın 25-dən 26-na keçən gecə “Avrora” kreyserindən açılan atəş Rusiyada, eləcə də bütün Avropada yeni bir ictimai formasiyanın – sosializmin başlandığını xəbər verdi: Oktyabr İnqilabı baş verdi. V.İ.Leninin başçılığı ilə Sankt-Peterburqdakı bolşeviklər silahlı hücumla Romanovlar çarlığının Qış Sarayını tutaraq müvəqqəti hökumətin üzvlərini. Bununla da Rusiyada bolşeviklərin hakimiyyəti bərqərar oldu və 1991-ci ildə SSRİ dağılana qədər davam etdi. 

3. 1918-ci ilin 7 noyabrından yayılan qrip epidemiyası Sakit Okeandakı Qərbi Samoa adasında kütləvi ölümlərə səbəb oldu. Epidemiya il sonuna qədər əhalinin təxminən 20 faizini – 7500-dən çox adamı məhv etdi.  

4. 7 noyabr 1921-ci ildə İtaliyada Benito Mussolininin başçılığı ilə ölkədə Milli Faşist Partiyası quruldu.

5. 7 noyabr 1944-cü ildə Franklin Ruzvelt dördüncü dəfə Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilib. F.Ruzvelt iki dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 

6. 1949-cu ilin bu günü Azərbaycanın paytaxtı Bakının Neft Daşları yatağında qazılmış ilk neft quyusu fontan vurdu. Bununla da dünya neft sənayesinin inkişafında yeni dövr başlandı. Bundan sonra Neft Daşlarına çox mürəkkəb bir şəraitdə 10 kilometrlərlə estakadalar çəkildi, mədən təsərrüfatı yaradıldı və işçilər üçün yaşayış binaları ucaldıldı. 

7. 1982-ci il 7 noyabrda Türkiyədə 12 Sentyabr hökuməti tərəfindən hazırlanan yeni konstitusiya üçün referendum keçirildi. 91,35 faiz lehinə səslə Türkiyənin yeni konstitusiyası qəbul edildi.

7 noyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Radiumun kəşf etmiş, 2 dəfə Nobel mükafatı sahibi olmuş Mariya Küri (Marie Curie) 1867-ci ilin bu günü Polşada dünyaya gəlib. (1867 - 1934)

2. Özbəkistanın xalq şairi, dramaturqu, milliyyətcə azərbaycanlı olan Məqsud Şeyxzadə 1908-ci ilin 7 noyabrında Azərbaycanın Ağdaş şəhərində anadan olub (1908-1967).

3. “Vəba", "Baş qaldıran insan", "Xoşbəxt ölüm" kimi məşhur əsərlərin müəllifi, Nobel mükafatı sahibi, Fransanın tanınmış roman yazıcısı Albert Kamü 1913-cü il 7 noyabrda Əlcəzayirdə dünyaya gəlib. (1913 - 1960)

4. 7 noyabr 1877-ci ildə aktyor, vokalçı Hənifə Terequlov(1877-1942) doğulub. 

5. 7 noyabr 1898-ci ildə Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əlili (1898 – 13.6.1993) anadan olub. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” filmlərində çəkilib.

6. 7 noyabr 1905-ci ildə  teatr və kino rejissoru Şüa Şeyxov (1905 – 27.1.1970) anadan olub. Gənc Tamaşaçılar, Füzuli Dram teatrlarında çalışıb. “Qəribə əhvalat”,  “Kölgələr sürünür” (İsmayıl Əfəndiyevlə birgə) və s. filmləri çəkib.

7. 7 noyabr 1908-ci ildə şair, alim, pedaqoq Maqsud Şeyxzadə (1908 – 19.2.1967) anadan olub. 

8. 7 noyabr 1917-ci ildə görkəmli bəstəkar, pianoçu, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (1917 – 4.10.2000) Bakıda doğulub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biridir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Nəsimi”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Bəstəkarlar İttifaqının sədri olub.

9. 7 noyabr 1917-ci ildə  Xalq rəssamı Tağı Tağıyev (1917-1993) Bakıda anadan olub. “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Səməd Vurğun”, “Koroğlu”, “Babək” portretlərinin müəllifidir.

10. 7 noyabr 1920-ci ildə  Azərbaycanın ilk radio diktorlarından biri, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920 – 29.11.2010) anadan olub. 1991-ci ilədək Dövlət Teleradio Verilişləri Şirkətində işləyib.

11. 7 noyabr 1934-cü ildə Xalq artisti, tanınmış müğənni Oqtay Ağayev (1934 – 14.11.2006) anadan olub. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub.

12. 7 noyabr 1940-ci ildə Xalq artisti, xanəndə Baba Mahmudoğlu (Mirzəyev; 1940 – 6.12.2006)  doğulub. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.

13. 7 noyabr 1945-ci ildə  Xalq artisti Zərnigar Ağakişiyeva (1945 – 8.2.2018) anadan olub. Akademik Milli Dram Teatrında (1973-2011) çalışıb, televiziya tamaşalarında, filmlərdə (“Dantenin yubileyi”, “Təhminə” və s.) maraqlı obrazlar yaradıb.

14. 7 noyabr 1990-ci ildə  Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (25.12.1906 – 1990) vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO