BİZİM TƏQVİM: 2 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 2 noyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 2 noyabrda baş vermiş tarixi hadisələr

162468

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun  İşıqlı, Muradxanlı, Milanlı kəndlərini Ermənistanın işğalından azad edib.

Bəs, noyabrın 2-də dünyada daha nələr olub?

1. 2 noyabr 1894-cü ildə sonuncu Rusiya çarı II Nikolay taxta çıxıb.

2. 1914-cü ilin 2 noyabr  tarixindә Osmanlı donanmasının Sevastopolu bombalamasından sonra Rusiya çarlığı Osmanlı İmperiyasına müharibә elan edib.

3. 1917-ci ilin 2 noyabr tarixindә yәhudilәrin Fәlәstindә mәskunlaşmasını nәzәrdә tutan ''Balfor'' deklarasiyası Londonda yayımlanıb.

4. 1920-ci ilin 2 noyabr tarixindә ilk radio verilişi ABŞ-ın Pittsburq şәhәrindә hәyata keçirilib.

5. 2 noyabr 1922-ci ildə “Molla Nəsrəddin” jurnalı fəaliyyətini bərpa edib.

6. 1936-cı ilin 2 noyabr tarixindә BBC telekanalı İngiltәrәdә efirə çıxıb.

7. 1948-ci ilin 2 noyabrında Çeyz Smit ABŞ-da senata seçilən ilk qadın olub.

8. 2 noyabr 1953-cü ildə Pakistanın Konstitusiya Məclisi ölkənin adını Pakistan İslam Respublikası olaraq dəyişdirib.

9. 2 noyabr 1994-cü ildə Ankarada dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubiley tədbiri keçirilib. Tədbirdə prezident Heydər Əliyev iştirak edib.

10. 2000-ci ilin 2 noyabr tarixindә Dünya çempionu Harri Kasparov şahmat üzrә dünya çempionatında Vladimir Kramnikә mәğlub olub.

11.  2 noyabr 2008-ci ildə  Azərbaycan, Ermənistan və Rusiya arasında Moskva Bəyannaməsi imzalanıb.

Noyabrın 2-də bu şəxsiyyətlər xatırlanır:

1. 1937-ci ilin bu günündə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Emin Sabitoğlu (1937-2000) anadan olub.

2. 2 noyabr 1934-cü ildə tanınmış şair Oqtay Rza anadan olub.

3. Sovet İttifaqı Qəhrəmanı, partizan-döyüşçü Mehdi Hüseynzadə 2 noyabr 1944-cü ildə alman faşistləri ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. (22 dekabr 1922-1944)

4. 1950-ci ilin 2 noyabr tarixindә Nobel laureatı, yazıçı vә tәnqidçi Corc Bernard Şov 94 yaşında vәfat edib.

5. 2 noyabr 1988-ci ildə Xalq artisti, bir çox tamaşa və filmlərdə yaddaqalan obrazlar yaratmış Hökümə Qurbanova (11.6.1913 - 1988) vəfat edib.

6. 2 noyabr 1997-ci ildə  Azərbaycanın ilk sənədli film rejissorlarından olan Niyazi Bədəlov (1909-1997) vəfat edib. Ümumittifaq Kinematoqrafiya İnstitutunun ilk azərbaycanlı məzunlarından biri olub.

7. 2 noyabr 1965-ci ildə dünya və hind kinosunun ən uğurlu və məşhur aktyorlarından hesab edilən Şahrux xan anadan olub. 

8. Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov 2 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO