BİZİM TƏQVİM: 26 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 26 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 26 oktyabrda baş vermiş tarixi hadisələr

161473

2020-ci ilin bu günündə cəbhənin müxtəlif istiqamətlərində uğurlu döyüş əməliyyatlarını davam etdirən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bir sıra kəndlərini erməni işğalçılarından təmizləyib.

Bəs, oktyabrın 26-da dünyada daha hansı hadisələr baş verib?
 

1. 1461-ci ilin 26 oktyabr tarixindә Trabzon Yunan İmperiyası Fatih Sultan Mehmetin rәhbәrliyindәki Osmanlı ordusuna tәslim oldu.

2. 26 oktyabr 1863-ci ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yaradıldı.

3. 1863-cü ilin bu günündə dünyanın ilk futbol qurumu olan Futbol Assosiasiyası (FA - The Football Association) Londonda təsis edilib.
 

4. 26 oktyabr 1917-ci ildə Bakıda "İsmailiyyə" binasında Müsavat Partiyasının ilk qurultayı keçirildi.

5. 1923-cü ilin 26 oktyabr tarixindә Türkiyәnin milli futbol komandasının ilk rәsmi matçı Taksim stadionunda keçirildi. Türkiyә millisinin rәqibi Rumıniya yığması olub.

6. 26 oktyabr 1956-cı ildə Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi təsis edildi.

7. 1962-cı ilin 26 oktyabrında ABŞ-ın Türkiyədəki nüvə silahını çıxarması şərtilə Xruşşov Kubadakı sovet raketlərinin sökülməsinə razılaşdı və Karib böhranı sona çatdı.

8. 1991-ci ilin 26 oktyabr tarixindә Türkiyә Silahlı Qüvvәlәri PKK terror tәşkilatına qarşı irimiqyaslı әmәliyyat hәyata keçirib. Әmәliyyatda 20 min әsgәr iştirak edib. Әmәliyyat zamanı yüzlәrlә PKK terrorçusu zәrәrsizlәşdirilib.

9. 26 oktyabr 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı.

10. 1994-cü ilin 26 oktyabr tarixindә İsrail ilә İordaniya arasında imzalanan razılaşma  46 il davam edәn müharibәyә son qoyub. İmza mәrasiminә beş min nәfәr qatılıb.

11. 2002-ci ilin 26 oktyabr tarixindә Moskva teatrında tutulan girovların azad edilmәsi üçün keçirilәn әmәliyyat zamanı 50 çeçen silahlısı öldürülüb. Әmәliyyat zamanı 118 girov da hәlak olub.

Oktyabrın 26-da bu şəxsiyyətlər xatırlanır:
 

1. 1926-cı ilin bu günündə keçmiş SSRİ-nin fəxri neftçisi, Azərbaycanın və SSRİ-nin dövlət mükafatları laureatı, Qurban Abbasov (Neftçi Qurban) anadan olub.

2. 26 oktyabr 1925-ci ildə ədəbiyyatşünas, publisist, nasir Qafar Herisçi (1925-1997) anadan olub.

3. 26 oktyabr 1946-cı ildə Xalq rəssamı Fərhad Xəlilov anadan olub. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir.

4. Azərbaycan diktoru, Xalq artisti Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə vəfat edib.
 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO