BİZİM TƏQVİM: 20 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 20 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 20 oktyabrda baş vermiş tarixi hadisələr

160613

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Zəngilan şəhərini və Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərini Ermənistanın işğalından azad edib.

Bəs, oktyabrın 20-də dünyada daha hansı hadisələr olub?

1. 1827-ci ilin 20 oktyabr tarixindә Yunanıstanın müstәqil dövlәt olmasını istәyәn İngiltərə, Fransa və Rusiya, Yunanıstanın Navarin limanında lövbər salmış Osmanlı donanmasına hücum edib.

2. 1921-ci ilin 20 oktyabr tarixindә Sakarya Zәfәrindәn sonra Türkiyәdәn çәkilmәk ilә bağlı qәrar qәbul edәn Fransa ilә Türkiyә arasında ‘‘Ankara sazişi’’ imzalanıb.

3. 20 oktyabr 1923-cü ildə Azərbaycan SSR rəsmi olaraq Latın qrafikalı əlifbaya keçib.

4. 1954-cü ilin 20 oktyabr tarixindә Böyük Britaniyada 51 min fəhlənin tətil elan etmәsi sәbәbindәn ölkənin dəniz ticarəti dayanıb.

5. 1957-ci ilin 20 oktyabr tarixindә Türkiyәnin Ədirnә şәhәrindә qatarların toqquşması nәticәsindә 89 sәrnişin hәlak olub, 108 nәfәr dә yaralanıb.

6. 20 oktyabr 1981–ci ildə Mingəçevirdə Azərbaycan iqtisadiyyatının ən böyük müəssisələrindən biri, ölkə energetikasının flaqmanı “Azərbaycan” istilik elektrik stansiyası (İES) istifadəyə verilib.

7. 1992-ci ilin 20 oktyabr tarixindә Türkiyәnin Bingöl şәhәrinin Solhan qәsәbәsinin Hazarşah kәndi yaxınlığında bir avtobusu saxlayan PKK terrorçuları 19 nәfәri şәhid edib.

8. 2008-ci ilin 20 oktyabr tarixindә Ergenekon әmәliyyatı başlayıb.

Oktyabrın 20-də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1141–ci ilin bu günündə dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvinin (İlyas Yusif oğlu Nizami) anadan olub (1141-1209). Nizaminin “Xəmsə”si (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.

2. 20 oktyabr 1906-cı ildə Əməkdar artist İbrahim Hüseynov (Şünasi; 1906-1961)anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb.

3. 20 oktyabr 1910-cu ildə ilk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Seyidova (1910 – 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.

4. 20 oktyabr 1913-ci ildə tanınmış şair, respublika Dövlət mükafatı laureatı Əhməd Cəmil (1913 – 27.9.1977) doğulub. Ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

5. 20 oktyabr 1917-ci ildə Xalq artisti, opera müğənnisi İdris Ağalarov (1917 – 4.5.1975) dünyaya gəlib. 1937-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

6. 20 oktyabr 1922-ci ildə Xalq artisti, müğənni Şövkət Ələkbərova (1922 – 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyib.

7. 20 oktyabr 1995-ci ildə Əməkdar artist Mustafa Sərkarov (1905-1995) vəfat edib. Gəncə Dram Teatrında aktyor, truppa müdiri işləyib.

8. 2011-ci ilin 20 oktyabr tarixindә 1969-2011-ci illәr arasında Liviyanı idarә edәn Müәmmәr Qәddafi üsyançılar tәrәfindәn öldürülüb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO