BİZİM TƏQVİM: 12 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 12 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 12 oktyabrda baş vermiş tarixi hadisələr

159405

2020-ci ilin bu günündə Azərbaycan Ordusu tərəfindən cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd T-72 tankı, bir neçə avtomobil texnikası sıradan çıxarılıb.

Döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib, alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. 

Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.

Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib. Canlı qüvvə sarıdan xeyli itki verən düşmən ordusunda ölənlər arasında 246-cı alayın tabor komandiri polkovnik-leytenant Artur Qriqoryan da var.

Bəs, oktyabrın 12-də dünyada daha hansı hadisələr baş verib?

1. 1492-ci ilin 12 oktyabrında ispaniyalı matros Rodiriqo de Trians üfüqdə qaraltı görərək “Torpaq” deyə qışqırıb. Bu torpaq Karib dənizi arxipelaqındakı Quanaxani adası idi. Sonralar həmin ada San Salvador adlandırıldı. Genuyalı dəniz səyyahı Xristofor Kolumb həmin adaya çatmaqla Hindistana dəniz yolunu açdığını zənn etmişdi. Əslində isə o, Amerika qitəsini kəşf etmişdi. İspaniyada hər il 12 oktyabr el şənlikləri ilə bayram kimi keçirilir.  

2. 12 oktyabr 1799-cu ildə Fransalı paraşüt ixtiraçısı Jak Qarnerenin həyat yoldaşı Janna-Jenevyeva Labros (1775—1847) paraşütlə tullanan ilk qadın kimi tarixə düşüb. O, paraşütlə 900 metr yüksəklikdən yerə enib.

3. 1810-cu ilin 12 oktyabrında Bavariya kral ailəsi Münxen şəhərinin sakinlərini şahzadə Lüdviq ilə şahzadə Terezanın toy şənliyinə dəvət edib. Həmin vaxtdan sonra hər ilin bu günü Bavariyada ənənəvi pivə festivalı – Oktoberfest təşkil olunur.

4. 1813-cü il 12 oktyabr tarixində Romanovlar (Rusiya) və Qacarlar  dövlətləri arasında Azərbaycan torpaqlarını ikiyə bölən Gülüstan müqaviləsi imzalandı.

5. 12 oktyabr 1847-ci ildə Almaniyalı ixtiraçı və sənayeçi Verner fon Siemens “Siemens & Halske” elektrik mühəndisliyi şirkətini təsis edib.

6. 12 oktyabr 1901-ci ildə ABŞ Prezidenti Teodor Ruzvelt prezident sarayının rəsmi olaraq “Ağ Ev” adlandırılması ilə bağlı qərar imzalayıb                                       

7. Birinci Dünya Müharibəsi zamanı – 1917-ci ilin 12 oktyabrında Belçikanın Ypres şəhəri yaxınlığında ilk dəfə xardal qazı istifadə edildi və bir gündə təxminən 20 min əsgər öldü.
 

8. 1984-cü il 12 oktyabrda İRA terror təşkilatı Marqaret Tetçerin qaldığı otelə bomba atdı. M.Tetçer xilas olsa da, 5 adam həyatını itirdi.

9. 1991-ci ilin 12 oktyabrında SSRİ-nin son baş katibi Mixail Qorbaçov kəşfiyyat təşkilatı DTK-nı ləğv etdi.

10. 12 oktyabr 1997-ci ildə  Azərbaycanda”Space” televiziya kanalı yayıma başladı.

11. 12 oktyabr 2017-ci ildə Türkiyə hərbçiləri təhlükəsizlik bölgələrinə nəzarət üçün Suriyanın İdlib şəhərinə girdi. Əməliyyatda 30 zirehli maşın və 100-dən çox əsgər yer alırdı.

12 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Molla Pənah Vaqif 1717-ci ilin bu günü anadan olub. Azərbaycan ədəbi dilinin inkişafında Molla Pənah Vaqifin xidməti böyükdür (1717-1797).

2. Azərbaycan zadəganı və generalı Cəfərqulu ağa Bakıxanov 12 oktyabr 1867-ci ildə vəfat edib.

3. Görkəmli Azərbaycan alimi Mirzə Cəfər Topçubaşov 1790-cı il oktyabrın 12-də anadan olub. Mirzə Cəfər Topçubaşov Rusiya Arxeologiya və Numizmatika Cəmiyyəti Şərq şöbəsinin müdiri işləyərkən “Kitabi Dədə-Qorqud” və digər Azərbaycan dastanlarını rus dilinə təcümə edib. (1790-1869)
4.12 oktyabr XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əhməd Cavadın xatirə günüdür. Bakı Dövlət Universitetinin təşkilində də yaxından iştirak edən şair sovet hakimiyyətinin ilk illərində Qusar və Quba rayonlarında müəllimlik edib.  Azərbaycan respublikasının ilk və indiki eyniadlı himninin sözləri Əhməd Cavada məxsusdur. (1892-1937)
 

5. Dünyaşöhrətli İtaliya müğənnisi, tenor Luçano Pavorotti (Luciano Pavarotti) 1935-ci ilin bu günü anadan olub (1935-2007).

6. 12 oktyabr 1964-cü ildə "Ceyms Bond"  silsiləsindən olan məşhur əsərlərin müəllifi, ingilis yazıçısı Yan Fleminq  56 yaşında həyatdan köçüb.

7. 1979-cu ilin 12 oktyabrında Türkiyənin Hollandiyakı səfiri Özdemir Benler oğlu Əhməd Benler ASALA terror təşkilatının üzvləri tərəfindən şəhid edilib.

8.    12 oktyabr 1990-cı ildə tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924- 1990) vəfat edib. "Mikayıl Azaflı və Narinc xatın" dastanı, "Qoca qartal" şeirlər kitabının müəllifidir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO