Şəhid sayı ilə manipulyasiya edən ƏCLAFLAR...

Şəhid sayı ilə manipulyasiya edən ƏCLAFLAR...

Hazırda oxunan: Şəhid sayı ilə manipulyasiya edən ƏCLAFLAR...

156977

Bütün şəhidlərimizin bu ölkənin tarixi, bu millətin baş tacıdır və dünya durduqca onların xatirəsi əziz olacaq. Çünki əldə etdiyimiz Zəfərə, bütün qələbələrə görə onlara borcluyuq, bunu Ali Baş Komandandan tutmuş sıravi vətəndaşa qədər hər kəs dilə gətirir, hər kəs əməli və sözü ilə onların xatirəsini qoruyur.

Uğrunda ölən varsa Vətəndir. Bu deyim pafosdan, ritorikadan ibarət deyil, həqiqətən də Vətən qanla, döyüşlə, mübarizə ilə qurulur, onun toxunulmazlığı uğrunda canlarından keçən fədakarlar olur. I Qarabağ müharibəsində də belə idi, II Qarabağ müharibəsində də...

Amma kimlərsə qazanılan zəfərləri şəhidlərimizin adı üzərindən kiçiltməyə, siyasi manipulyasiyalarının alətinə çevirməyə cəhd göstərirsə, qarşısında Azərbaycan xalqını görəcək, indiyə qədər görüb də...

Təəssüf, min təəssüf ki, Ali Baş Komandan İlham Əliyev cəbhədə və diplomatik masada Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qoruduğu, bunun uğrunda mübarizə apardığı vaxt yenə kimlərsə siyasi məqsədləri naminə “24 saatlıq əməliyyatda niyə bu qədər itki verdik” məsələsini ortaya atır, şəhidlərimizin sayı rəsmi olaraq açıqlanmadığı halda müxtəlif rəqəmlər səsləndirir, iddialar irəli sürür. Onların məqsədi nə şəhidlərimizin əziz xətirəsi, nə verdiyimiz itkilər, nə də ordumuz deyil, sırf siyasi maraqları, əldə edilən zəfəri gözdən salmaqdır.

24 saatlıq əməliyyat itkisiz ola bilərdimi?

Bu sualın cavabını bilmək üçün hərbi mütəxəssis olmağa ehtiyac yoxdur, nə baş verdiyini anlamağ obyektiv olmaq yetərlidir. Təslim olan erməni silahlı dəstələrindən götürülən silah-sursatın miqyası təsdiq edir ki, qarşımızdakı düşmən ciddi şəkildə hazırlıq olub.

Eyni zamanda, Azərbaycan Ordusunun əsas hədəfi erməni silahlı dəstələrin zərərsizləşdirilməsi olsa da, bu hədəfə doğru addımlayanda humanitar məsələlər ön planda olub, yəni bölgədəki mülki əhalinin zərər görməməsi üçün maksimum ehtiyatlı addımlar atılıb. Ərazi miqyasının dar olması da adətən antiterror tədbirləri zamanı əlavə problemlər yaradır.

Bütün bunların fonunda ordumuzun itkilər verməsi qaçılmaz idi. Lakin əsas məsələ 24 saatlıq antiterror tədbirləri zamanı bu itkilərin sayının nə qədər olmasıdır. Bu haqda rəsmi məlumat yoxdur, ona görə indidən nəsə demək doğru olmazdı. Lakin minumum olduğu ehtimalını irəli sürə bilərik.

Birincisi, ordumuzun peşəkarlıq səviyyəsi bunu deməyə əsas verir.

İkincisi, 44 günlük müharibənin miqyasına görə 3 min şəhid verməyimiz göstərir ki, 24 saatlıq antiterror tədbirlərində də itkilərimiz az olacaq.

Hərçənd ki, şəhid şəhiddir, bunu saya görə qiymətləndirmək yumşaq desək əclaflıqdır. Bunu siyasi maraqları naminə etmək isə bu ölkəyə düşmənçilik, şəhidlərimizə hörmətsizlikdir.

44 günlük Vətən müharibəsi, müharibədən sonra 3 il ərzində sərhədlərimizin bərpası, suverenliyimizin təmin edilməsi istiqamətində atılan addımlar və nəhayət Qarabağda erməni silahlı dəstələrin tərki-silah edilməsi, separatçıların təslim edilməsi sözün həqiqi mənasında hərb elminin bütün nəzəriyyələrini alt-üst edən addımlar kimi qiymətləndirilə bilər. Artıq beynəlxalq müstəvidə ordumuzun bu əməliyyatlarının praktiki tərəfləri hərbi dərsliklərə salınır, təcrübəsi öyrənilir.

44 günlük savaşımız və son üç ildə baş verənlər bir daha təsdiq edir ki, Ali Baş Komandan-Prezident İlham Əliyev “nəyi nə vaxt edəcəyini” doğrudan da dəqiq bilir. Məhz bu siyasətin nəticəsində Azərbaycan suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməyi bacardı. Artıq Xocalı da azaddır, Xocavənd də, Xankəndi də, Əsgəran da, Ağdərədə də. Qarabağ Azərbaycandır!

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO