“Facebook”x9d şirkəti “Windows 10”x9d üçün olan “Messenger”x9də çoxdan gözlənilən yenilənməni təqdim edib.
Moderator.az technote.az-a istinadən xəbər verir ki, artıq “Windows 10”x9d istifadəçiləri “Messenger”x9d vasitəsilə audio və videozənglər edə biləcəklər.xa0
Sözügedən funksiya çoxdan “iOS”x9d və “Android”x9d platformalarında mövcuddur. Lakin indi bütün “Windows 10”x9d dəstəkli cihazlar üçün də aktiv olub.
Zəng etmək üçün onlayn olan lazımi şəxsin kamera və ya mikrofon ikonlarına klikləməlisiniz.xa0
Zənglər internet üzərindən olduğu üçün keyfiyyət baxımından yüksəksürətli internetin olması vacibdir. Şirkətin verdiyi məlumata əsasən, onlar yenilənməni təzə təqdim etdikləri üçün bir çoxları, hələ ki, bu funksiyadan yararlana bilməyəcəklər.xa0
Lakin yaxın müddət ərzində sözügedən funksiya hamı üçün aktiv olacaq. Bundan əlavə, şirkət həm də “Windows Phone”x9d üçün də “Messenger”x9d yenilənməsini təqdim edib. Bu yenilənmədə də videozənglər aktivdir.






































































































