30 il əvvəl itkin düşən hərbçimizin nəşi Füzuliyə GƏTİRİLDİ - VİDEO

30 il əvvəl itkin düşən hərbçimizin nəşi Füzuliyə GƏTİRİLDİ - VİDEO

Hazırda oxunan: 30 il əvvəl itkin düşən hərbçimizin nəşi Füzuliyə GƏTİRİLDİ - VİDEO
154985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib. 

Bizim.Media xəbər verir ki, hazırda şəhidlə vida mərasimi keçirilir. 

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər. 

Vida mərasimindən sonra şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında dəfn ediləcək. 

Qeyd edək ki, Allahverdiyev Şəmsəddin 1971-ci ilin iyunun 9-da Füzuli rayonu İşıqlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-ci ilin iyul ayında Füzulidə gedən döyüşlər zamanı itkin düşüb. 

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb. 

Ekspertiza nəticəsində meyit qalıqlarından birinin Ş. Allahverdiyevə məxsus olduğu təsdiqlənib. 
 


30 il əvvəl itkin düşən hərbçimizin nəşi Füzuliyə GƏTİRİLDİ - VİDEO - foto 1
30 il əvvəl itkin düşən hərbçimizin nəşi Füzuliyə GƏTİRİLDİ - VİDEO - foto 2
30 il əvvəl itkin düşən hərbçimizin nəşi Füzuliyə GƏTİRİLDİ - VİDEO - foto 3
30 il əvvəl itkin düşən hərbçimizin nəşi Füzuliyə GƏTİRİLDİ - VİDEO - foto 4
30 il əvvəl itkin düşən hərbçimizin nəşi Füzuliyə GƏTİRİLDİ - VİDEO - foto 5

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO