Polis Cəlilabadda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  

Polis Cəlilabadda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  

Hazırda oxunan: Polis Cəlilabadda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO  
153282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda saxlanılan narkokuryerlərdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Araşdırmalarla onların həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığı aldıqları müəyyən edilib. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar. 

Cəlilabad şəhəri ərazisində saxlanılan həmin şəxslərdən 5 kiloqram 300 qram heroin, 8 kiloqram 300 qram marixuana, əlavə olaraq metamfetamin və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırma zamanı B.Hüseynov və C.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İranda yaşayan narkotacir tərəfindən narkokurerliyə cəlb edildikləri müəyyən edilib. 

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. 

Polis Cəlilabadda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO   - foto 1
Polis Cəlilabadda əməliyyat KEÇİRDİ: Saxlanılanlar var – FOTO   - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO