"Laçın" xalq mahnısı yeni ifada təqdim edildi – VİDEO  

Hazırda oxunan: "Laçın" xalq mahnısı yeni ifada təqdim edildi – VİDEO  

152413

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyi musiqi layihələrini həyata keçirməkdə davam edir. 

Bizim.Media xəbər verir ki, bu dəfə “Mədəniyyət Könüllüləri” İctimai Birliyi Azərbaycan xalq mahnısı olan "Laçın" mahnısını məhz 26 avqust, “Laçın şəhəri günü”ndə geniş tamaşaçı kütləsinə təqdim edib. 

Uşaqdan böyüyə hər kəsin dillər əzbəri olan bu mahnı “Mədəniyyət Könüllüləri“ İctimai Birliyinin fəxri üzvləri Səbinə Quluzadə, Sabir Əliyev və layihənin bədii rəhbəri Bəbir Bəbirli tərəfindən ifa olunub. Layihəyə dəstək olaraq violonçel ifaçısı Əməkdar artist Aleksey Miltıx iştirak edib.

Video layihənin operator və montajçısı Əliəsgər Mirzəyevdir. Çəkiliş Azərbaycan Milli İncəsənət Muzeyində baş tutub.  

“Mədəniyyət Könüllüləri“ İctimai Birliyinin sədri Ülviyyə Bəbirli qeyd edib: 

“Məhz belə gözəl gündə “Laçın” xalq mahnısını yeni ruhda təqdim etmək bizim üçün çox qürurvericidir. Unudulmaz anları bizə yaşatdığına görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, vətənimizin mərd və cəsur oğullarına təşəkkürümüzü bildiririk, eyni zamanda şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə isə şəfa diləyirik. Onların sayəsində biz doğma torpaqlarımıza qovuşduq. “Laçın” mahnısını qalib ölkənin qalib vətəndaşı olaraq ifa etmək çox böyük şərəfdir.”  


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO