Son 7 ayda Azərbaycana 183 ölkədən turist gəlib

Son 7 ayda Azərbaycana 183 ölkədən turist gəlib

Hazırda oxunan: Son 7 ayda Azərbaycana 183 ölkədən turist gəlib
152115
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faizdən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bizim.Media Dövlət Statistika Komitəsinin (DSK) məlumatına istinadla xəbər verir ki, gələnlərin 32,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 7,4 faizi İran, 4,9 faizi Hindistan, 4,7 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Qazaxıstan, 2,3 faizi Pakistan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,5 faizi olmaqla İsrail və Ukrayna, 1,4 faizi Belarus, 1,3 faizi Küveyt, hər birindən 1,2 faizi olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 70,5 faizini kişilər, 29,5 faizini qadınlar təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO