Gömrükdə sahibkarların bəyannamələri 30 dəqiqəyə yoxlanılacaq

Gömrükdə sahibkarların bəyannamələri 30 dəqiqəyə yoxlanılacaq

Hazırda oxunan: Gömrükdə sahibkarların bəyannamələri 30 dəqiqəyə yoxlanılacaq
150565
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Gömrük Komitəsinin (DGK) bu ilin avqust ayında pilot qaydada tətbiqinə başladığı yeni layihəylə “könüllü əməletmə” prinsipi əsasında fəaliyyət göstərən sahibkarların bəyannamələrinin 30 dəqiqə ərzində yoxlanılması və nəqliyyat vasitələrinin sürətli çıxışı təmin ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə DGK-nın məlumatında deyilir. 

Bildirilir ki, ilkin mərhələdə 5 sahibkarın istifadə etdiyi layihədən hazırda 60 biznes subyekti faydalanmaqdadır. 

Avqustun sonunadək isə fəaliyyətini qanunvericiliyə uyğun şəkildə quran 400-ə qədər şirkətin yeni layihədən istifadə etməsi planlaşdırılır. 

Qeyd olunub ki, şəffaflıq, vətəndaş və sahibkar məmnuniyyəti gömrük orqanlarının əsas strateji hədəflərindəndir.

Bu məqsədlə gömrük rəsmiləşdirilməsinin daha da sadələşdirilməsi, gömrük bəyannaməsinin doldurulması prosesinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi hesabına vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində mühüm addımlar atılır ki, bu da sahibkarlara vaxt və vəsaitə qənaət etmək baxımından əlavə imkanlar yaradır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO